İTV bir ay əvvəl yaranan şirkəti 75 min manatlıq tenderin qalibi seçdi


İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Geokan-Az2020” MMC (VÖEN- 1904794561) olub.
Yeniavaz.com xəbər verir ki, "Geokan-Az2020” MMC İTV-nin sifarişi əsasında dekorasiyanın hazırlanması və quraşdırılması işlərini görəcək.
Görüləcək işlərin qarşılığında İTV "Geokan-Az2020” MMC-yə 74 min 800 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, İTV tender müsabiqəsini bu ilin avqust ayının 25-də elan edib.
Maraqlıdır ki, tenderin qalibi olan "Geokan-Az2020” MMC tender elanından təxminən bir ay əvvəl – 17.07.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.
"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində podratçıların ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. 
Cəmi bir ay əvvəl yaranan, bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Onu da bildirək ki, nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri, Suraxanı rayonu, V Yaşayış sahəsi (Yeni Günəşli qəs.), ev 13, m. 26”-də yerləşir. MMC-nin qanuni təmsilçisi Kərimov Kərim Paşa oğludur.
Tender müsabiqəsilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, “Geokan-Az2020” MMC ilə ad bənzərliyi olan "Mornad-Az2020” MMC (VÖEN- 1904800111) bənzər şəkildə Gədəbəy Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olub.
Aşağıdakı linkə daxil olaraq bu barədə ətraflı məlumat ala bilərsiniz:
25 gün əvvəl yaranan şirkət tenderin qalibi oldu
Onu da bildirək ki, iyul ayında “Geokan-Az2020” və “Mornad-Az2020” MMC-lərin qeydiyyatda olduğu Yeni Günəşli qəsəbəsində bənzər adlar altında onlarla MMC dövlət qeydiyyatına alınıb.
Həmin MMC-lərin bəzilərini təqdim edirik:
Şirkətin (MMC) adı Hüquqi
ünvanı
Qanuni
təmsilçisi
VÖEN-i Nizamnamə kapitalı Qeydiyyat
tarixi
"CELLO-AZ2020" YENİ GÜNƏŞLİ QƏS. ev.15 m.31 ŞÜKUROV ƏLİ DİLAVƏR 1904802361 10 manat 27 İyul 2021
"FARMOS-AZ2020" YENİ GÜNƏŞLİ QƏS. ev.16 m.28 BAYRAMOV ƏLİ MƏMMƏD 1904802771 10 manat 27 İyul 2021
"GLOMA-AZ2020" YENİ GÜNƏŞLİ QƏS. ev.15 m.36 ŞÜKUROV ƏLİ DİLAVƏR 1904802511
 
10 manat 27 İyul 2021
"TUFOR-AZ2020" YENİ GÜNƏŞLİ QƏS. ev.153 m.29 MƏMMƏDOV SAMİR FİZULİ 1904800371
 
10 manat 26 İyul 2021
"HOLLA-AZ2020" YENİ GÜNƏŞLİ QƏS. ev.153 m. 11 MƏMMƏDOV SAMİR FİZULİ 1904799871
 
10 manat 26 İyul 2021
"VARNOQ-AZ2020" YENİ GÜNƏŞLİ QƏS. ev.15 m. 17 MƏMMƏDOV SAMİR FİZULİ 1904800241
 
10 manat 26 İyul 2021
"SERFAD-AZ2020" YENİ GÜNƏŞLİ QƏS. ev.16 m. 14 MƏMMƏDOV SAMİR FİZULİ 1904800091 10 manat 26 İyul 2021
"ELFOR-AZ2020" YENİ GÜNƏŞLİ QƏS. ev.15  m. 31 ŞÜKUROV ƏLİ DİLAVƏR 1904799331 10 manat 26 İyul 2021
"MORNAD-AZ2020" YENİ GÜNƏŞLİ QƏS. ev.153  m. 18 MƏMMƏDOV SAMİR FİZULİ 1904800111 10 manat 26 İyul 2021
"FOLAN-AZ2020" YENİ GÜNƏŞLİ QƏS. ev.15  m. 16 MAHMUDOV HİKMƏT NAZİM 1904797191 10 manat 23 İyul 2021
"SEDRA-AZ2020" YENİ GÜNƏŞLİ QƏS. ev.153  m. 39 KƏRİMOV KƏRİM PAŞA 1904795221 10 manat 22 İyul 2021
"JADOR-AZ2020" YENİ GÜNƏŞLİ QƏS. ev.153  m. 52 KƏRİMOV KƏRİM PAŞA 1904795481
 
10 manat 22 İyul 2021
"KORNAS-AZ2020" YENİ GÜNƏŞLİ QƏS. ev.153  m. 17 KƏRİMOV KƏRİM PAŞA 1904795631 10 manat 22 İyul 2021
"GEOKAN-AZ2020" YENİ GÜNƏŞLİ QƏS. ev.13  m. 26 KƏRİMOV KƏRİM PAŞA 1904794561
 
10 manat 17 İyul 2021
"POLIM-AZ2020" YENİ GÜNƏŞLİ QƏS. ev.153  m. 51 KƏRİMOV KƏRİM PAŞA 1904794691 10 manat 17 İyul 2021
"FILIKO-AZ2020" ABBAS FƏTULLAYEV ev.157 m.11 ABBASOV NATİQ NAZİM 1904789801 10 manat 14 İyul 2021
"LEPRA-AZ2020" YENİ GÜNƏŞLİ QƏS. ev.15  m. 24 HÜSEYNOV ƏFLATUN ALLAHYAR 1904790601
 
10 manat 14 İyul 2021
"YURNAF-AZ2020" YENİ GÜNƏŞLİ QƏS. ev.15  m. 17 MƏMMƏDOV HAFİZ ELBRUS 1904790041 10 manat 14 İyul 2021
"FURLA-AZ2020" YENİ GÜNƏŞLİ QƏS. ev.15  m. 9 HÜSEYNOV ƏFLATUN ALLAHYAR 1904790321 10 manat 14 İyul 2021
"EXRES-AZ2020" SAMİR CƏFƏROV ev.14 m.22 HÜSEYNOV ƏFLATUN ALLAHYAR 1904790451
 
10 manat 14 İyul 2021
"DELKA-AZ2020" YENİ GÜNƏŞLİ QƏS. ev.153 m. 19 MƏMMƏDOV HAFİZ ELBRUS 1904785821 10 manat 12 İyul 2021
"ASVA-AZ2020" YENİ GÜNƏŞLİ QƏS. ev.16 m. 12 ABBASOV NATİQ NAZİM 1904784621 10 manat 9 İyul 2021
"TURLA-AZ2020" SAMİR CƏFƏROV ev.15 m.16 HÜSEYNOV ƏFLATUN ALLAHYAR 1904783961 10 manat 9 İyul 2021

A.  Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top