Teymur Musayev şəhid ailələrinin müalicəsi ilə bağlı tapşırıq verdi


"Sanator Kurort Reabilitasiya Mərkəzində şəhid ailələrinin reabilitasiya, müalicə və istirahəti təşkil ediləcək".

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, bunu mərkəzin baş direktoru Mürsəl Mürsəlov deyib.

O qeyd edib ki, bununla bağlı səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev tapşırıq verib: “Bununla bağlı təkliflər layihəsi hazırlayaraq Səhiyyə Nazirliyinə göndərmişik. Hesab edirəm ki, tez bir zamanda təkliflərimiz qəbul ediləcək”.

DİGƏR XƏBƏRLƏR

Top