Bakıda avtobus sürücüsünün qapını əlində aparması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO


Bakıda hərəkətdə olan sərnişin avtobusunun qapısı qırılıb.

Yeniavaz.com BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video görüntü paylaşılıb.

Videodan da göründüyü kimi 106 nömrəli marşrut xəttinin sürücüsü avtobusun qırılmış qapısını sol əli ilə saxlayaraq nəqliyyat vasitəsinin hərəkətini davam etdirib.

Həmin görüntülər böyük müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, hadisə bu gün 10:40 radələrində qeydə alınıb.

“Yeni Suraxanı qəsəbəsi 14 İyul küçəsində “BUS-Trans” şirkətinin müvəqqəti istismarında olan 106 nömrəli marşrut üzrə 99RU659 DQN avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.

Daşıyıcının verdiyi məlumata görə, yük avtomobili svetaforda dönmə əməliyyatını həyata keçirərkən nəqliyyat vasitəsinin arxa hissəsinin avtobusun sürücü yerləşən hissəsinə dəyib. Hadisə vaxtı avtobusda sərnişin olmayıb”, - deyə BNA-dan bildirilib. 

DİGƏR XƏBƏRLƏR

Top