Lionda Makrona hücum edən tələbə psixiatrik xəstəxanaya yerləşdirilir


Fransa prezidenti Emmanuel Makrona Liondakı restoranlardan birinin salonunda yumurta atan gənc psixiatrik müayinədən keçirilib və o, məcburən xəstəxanaya yerləşdiriləcək. 
Yeniavaz.com
BFM-yə istinadən xəbər verir ki, bu barədə Lion prokurorluğu məlumat yayıb. 
Xəbərdə deyilir ki, 19 yaşlı tələbə Fransa prezidenti Lionda restoran və otel sahibləri ilə söhbət edərkən ona yumurta atıb. Gənc həbs edilərkən "Yaşasın inqilab!" şüarını səsləndirib. 
Qeyd edək ki, bu, Makrona qarşı edilən ilk hücum deyil. O, iyun ayında ölkənin cənub-şərqində yerləşən Drom şəhərinə səfəri zamanı da bir kişinin hücumuna məruz qalmışdı.

DİGƏR XƏBƏRLƏR

Top