Putin-Ərdoğan görüşü ilə bağlı Kremldən AÇIQLAMA


Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya, Əfqanıstan və bölgədə baş verən digər məsələləri sabah Soçidə müzakirə edəcəklər.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın 29 sentyabrda Soçidə görüşü baş tutacaq. Soçi görüşündə ticarət, iqtisadi tərəfdaşlıq Suriya, Liviya, Əfqanıstan və regiondakı  vəziyyət müzakirə olunacaq. 
Qeyd edək ki, hər iki liderin sonuncu görüşü 2020-ci ilin mart ayında Kremldə baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top