Mingəçevirdə avtomobil piyadanı vurub


Mingəçevirdə Avtomobil Yollarının Mühafizə Xidməti MMC-yə məxsus avtomobil piyadanı vurub.
Yeniavaz.com xəbər verir ki, hadisə  şəhərin Sənaye Parkının yaxınlığından keçən prospektdə qeydə alınıb. Yolların mühafizə idarəsinə məxsus dövlət nömrə nişanlı Niva markalı avtomobil yolu müəyyən olunmamış yerdən keçən 58 yaşlı şəhər sakini Qasım Qasımovu vurub. Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Qasım Qasımov Mühafizə polisinin sabiq əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top