Daşkəsən sakinlərinin meyitləri minalanmış ərazidən niyə çıxarılmır? - DİN-dən AÇIQLAMA


Daxili İşlər Nazirliyi (DİN) Göygöl-Kəlbəcər rayonları arasında yerləşən minalanmış ərazidən götürülməsinin yubanması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, hava şəraiti səbəbindən minaya düşən şəxslərin meyitləri ərazidən çıxarıla bilmir.

Qeyd edək ki, bu ilin iyul ayının 30-da Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri - 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov itkin düşüb. Sentyabrın 24-də həmin şəxslərin meyitləri Göygöl-Kəlbəcər rayonları arasında yerləşən minalanmış ərazidə tapılıb.

DİGƏR XƏBƏRLƏR

Top