PKK-nın Ermənistan üzrə nümayəndəsi məhv edildi


Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Kamışlı bölgəsində həyata keçirdiyi əməliyyat vaxtı PKK terror təşkilatının Ermənistan üzrə nümayəndəsi Engin Karaaslanı məhv edib.
Yeniavaz.com "Habertürk"ə istinadən xəbər verir ki, "Haydar Varto" ləqəbli Karaaslan "İnterpol" tərəfindən qırmızı bülletenlə axtarışda olan şəxsdir. 
Qeyd edək ki, sözügedən şəxs PKK-nın "mərkəzi komitə üzvü" olub. 2000-ci illərdə isə o, təşkilatın Ermənistan üzrə nümayədəsi vəzifəsini öz üzərinə götürüb.

DİGƏR XƏBƏRLƏR

Top