
Yaponiyada koronavirus xəstələrinin müalicəsi üçün “sotrovimab” dərmanının istifadəsi təsdiq edilib.
Yeniavaz.com xarici KİV-ə istindən xəbər verir ki, Yaponiya Səhiyyə Nazirliyi yüngül simptomları olan COVID-19 xəstələrinin müalicəsində “sotrovimab” dərmanının istifadəsinə icazə verib. Səhiyyə Nazirliyinin mütəxəssis heyəti sözügedən dərmanın ölüm riskini 79 faiz azaltdığını bildirib.
Qeyd edək ki, “sotrovimab” oksigen dəstəyinə ehtiyacı olmayan xəstələrin müalicəsində istifadə ediləcək.