Ayətullah Seyid Həsən Amili Azərbaycanı niyə təhdid edib? – Səbəbi məlum oldu... – FOTO


İranın böyük şəhərlərindən biri olan Ərdəbilə yeni vali təyin olunub. 
Yeniavaz.com
İran mətbuatına istinadən bildirir ki, Ərdəbil şəhərinin yeni valisi Seyid Həmid Amili olub. 
Açıqlanan məlumatda bildirilir ki, Amili İsfahan Texnologiya Universitetində sənaye mühəndisliyi üzrə bakalavr dərəcəsi, Tehran Elm və Tədqiqat Bölməsində magistr və doktorluq dərəcəsi alıb.
Daha əvvəl Ərdəbildə müxtəlif dövlət vəzifələrində çalışan Həmid Amili eyni zamanda Ərdəbil əyalətinin Sənaye, Mədənçilik və Ticarət Təşkilatının rəhbəri olub.
Məlumat üçün bildirək ki, Seyid Həmid Amili ötən həftə Azərbaycan əleyhinə verdiyi açıqlama ilə gündəmə gələn İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətullah Seyid Həsən Amilinin qardaşıdır. 
Qeyd edək ki, Cənubi Azərbaycandan, o cümlədən də Ərdəbil şəhərindən olan soydaşlarımız sosial şəbəkələrdə iddia edirlər ki, Seyid Həsən Amilinin qardaşının Ərdəbil valisi təyin olunmasında onun Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər həlledici olub. Bildirilir ki, Seyid Həsən Amilinin məlum çıxışından sonra İranın siyasi rəhbərliyi Ərdəbil valisi olacaq namizədlər arasından onun qardaşını - Seyid Həmid Amilini seçiblər.

DİGƏR XƏBƏRLƏR

Top