Şimali Koreyanın ballistik raket buraxması ilə bağlı Pentaqondan AÇIQLAMA


ABŞ-ın Müdafiə Nazirliyi Pentaqon Şimali Koreyanın növbəti ballistik raket sınağı keçirməsinə münasibət bildirib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Pentaqondan verilən açıqlamada sınaqlar səbəbilə nə ABŞ nə də müttəfiqləri üçün heç bir təhlükə törədilmədiyi bildirilib:
"Raket buraxılışından xəbərdarıq. Müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx məsləhətləşmələr aparırıq. Baxmayaraq ki, bizim qiymətləndirməyimizə görə, bu hadisə ABŞ hərbi personalına və ya ərazisinə, eləcə də müttəfiqlərimizə heç bir təhlükə törətməyib”.
Xatırladaq ki, bu gün Yaponiya hökuməti Şimali Koreyanın Yapon dənizinə ballistik raket atdığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top