İspaniyada vulkan püskürməsi yenidən başladı - 500-dən çox ev sıradan çıxdı


İspaniyanın Kanar Adalarının 5-ci ən böyük adası La Palmadakı Kumbre-Vieja vulkanı bir neçə saatlıq durğunluqdan sonra yenidən yenidə fəaliyyətə başlayaraq 500-dən çox evə zərər vurub.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Kumbre-Vieja vulkanı 237 hektar əraziyə yayılaraq 513 evi və təxminən 20 kilometrlik yolu yararsız hala salıb. İndiyə qədər bölgədən 6200-ə yaxın insan təxliyyə olunub. 
Həmçinin qeyd olunur ki, vulkandan çıxan lava bölgədə yerləşən dənizə və Atlantik okeanına axır.
Qeyd edək ki, ötən gün Meksikada da Popokatepetl  vulkanı fəaliyyətə başlayıb. Vulkandan çıxan duman və kül buludu 500 metr yüksəkliyə qədər qalxıb.

DİGƏR XƏBƏRLƏR

Top