Sumqayıt-Bakı yolunda avtomobillərin hərəkətində sıxlıq yaranıb.
Yeniavaz.com xəbər verir ki, sıxlıq Masazır körpüsündən başlayaraq 20 Yanvar dairəsinə qədər uzanır.
Yağışlı hava şəraiti ilə əlaqədar Bakı şəhəri daxilində də yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.