"KamAZ"ın sürücüsü təkər dəyişərkən öldü


Goranboyda avtomobilini təmir edən sürücünü digər maşın vuraraq öldürüb.
Yeniavaz.com
xəbər verir ki, yol kənarında “KamAZ” markalı yük maşınının sürücüsü avtomobilinin təkərini dəyişərkən hərəkətdə olan digər avtomobil tərəfindən vurulub.
Hadisə Dəliməmmədli şəhəri yaxınlığında baş verib. “KamAZ”ın sürücüsü, Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Əsgərov Fikrət İsa oğlu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top