COVID-19 əleyhinə hazırlanmış dünyanın ilk DNT peyvəndi gələn ay satışa çıxarılacaq


Hindistanın biotexnologiya şirkəti dünyanın ilk DNT peyvəndi olan ZyCoV-D-ni istehsal etdiyini açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Hindistanın “Zydus Cadila” adlı şirkəti tərəfindən hazırlanan peyvəndin gələn ayın əvvəlində satışa çıxarılacağı gözlənilir. Məsələ ilə bağlı danışan israilli həkim Conatan Qersoni bildirib ki, bu üsul bir növ kodlaşdırmadır: Koronavirusun genetik kodları bu yolla təhlükəsiz şəkildə insan bədəninə yeridilir. Bədəndəki hüceyrələr həmin kodları tanıyır və virusa qarşı antikor əmələ gətirir”.
Qeyd edək ki, bir çox ölkə DNT vaksininin orqanizm üçün təhlükəli olduğunu bildirib. 
Həmin vaskinlə bağlı ətraflı araşdırmalar başladılıb.

DİGƏR XƏBƏRLƏR

Top