Daha bir təhlükəli vulkan aktivləşdi - VİDEO


Bu gün səhər saatlarında Meksikadakı Popokatepetl vulkanı fəaliyyətə başlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Meksikanın Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Mərkəzi məlumat yayıb. Vulkanda iki ayrı püskürmə qeydə alınıb. Vulkandan çıxan duman və kül buludu 500 metr yüksəkliyə qədər qalxıb. Mütəxəssislər yaxınlıqda yaşayan vətəndaşları diqqətli olmağa çağırıb. 
Xatırladaq ki, İspaniyanın Kanar adalarının La Palma adasında da  ötən həftə vulkan püskürməsi başlamışdı. Nəticədə 5500-dən çox adam təxliyyə edilmiş, 100-dən çox ev dağılmışdı. 1 həftə davam edən püskürmədən sonra bu gün vulkanın fəaliyyəti dayanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top