Mais Bərxudarov Şuşada Azərbaycan bayrağı qaldırdı - VİDEO


"General-mayor Mais Bərxudarov Şuşanın Bayraq meydanında üçrəngli bayrağımızı ucaldıb".

Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov özünün rəsmi tviter səhifəsində paylaşım edib.

"Bu gün Anım Günü ilə bağlı Şuşanın Bayraq meydanında dövlət himnimizin sədaları altında general-mayor Mais Bərxudarovla üçrəngli bayrağımızı qaldırdıq. Sonra qəhrəman Azərbaycan əsgərləri Şuşa qalası istiqamətində yürüş etdilər", - o vurğulayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top