İslandiya parlamentində qadınların sayı kişiləri ötdü


Ötən gün İslandiyada keçirilən parlament seçkilərində qadın namizədlər 63 yerdən 33-nü qazanıb. 
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, son seçkilərin nəticəsinə görə, İslandiya parlamentdə qadın deputatların çoxluq təşkil etdiyi ilk Avropa ölkəsi olub. Son nəticələrə görə, qadınlar parlamentdə yerlərin 52 faizini əldə edib. 
Qeyd edək ki, 2017-ci illə müqayisədə İslandiyada keçirilən seçkilərdə qadın millət vəkilləri parlamentdə daha 9 yer qazanmağa nail olublar.

DİGƏR XƏBƏRLƏR

Top