Əşrəf Qaninin adından ""Taliban"ı tanıyın" deyə paylaşım edildi


Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qaninin feysbuk hesabından “Taliban”ı dəstəkləyən paylaşım edilib.
Yeniavaz.com
xəbər verir ki, Əşrəf Qani həmin paylaşımların özü tərəfindən edilmədiyini, hesabının ələ keçirildiyini deyib: “Dünəndən bəri feysbuk hesabım hakerlər tərəfindən hücuma məruz qalıb. Edilən paylaşımlar mənə aid deyil”
Xatırladaq ki, “Taliban” Əfqanıstanı ələ keçirəndən sonra Əşrəf Qani Birləşmiş Ərəb Əmirliklərinə qaçmışdı.

DİGƏR XƏBƏRLƏR

Top