İlon Mask çiplərlə bağlı sualı cavablandırdı: "Gələn il bitəcək"


"Tesla" şirkətinin rəhbəri İlon Mask qlobal səviyyədə davam edən elektrikli avtomobillərdəki çip böhranın gələn il sona çatacağını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat verib. Mask sözügedən mövzu barəsində İtaliyada onlayn texnologiya tədbirinə qatılarkən danışıb. O, bildirib ki, hazırda xeyli sayda çip fabriki inşa olunur.  
ABŞ-ın "Intel" və "TSMC" kimi çip istehsalçıları ölkədə yeni fabriklər qurmaq niyyətində olsa da, bunun yaxın illərdə baş tutmayacağını bildirib.
Qeyd edək ki, avtomobildə çip və xammal böhranının gedişatı getdikcə ağırlaşır. Markalar ilin sonuna satış proqnozlarını bir-birinin ardınca azaltsa da, ixracatda hədəf üçüncü dəfə endirilib. Həmçinin bildirilir ki, son dövrlərdə baş verən dəyişikliklər təchizat sektorunda sifarişlərin ləğvinə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top