Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna və Polşa hökumətləri ilə bağlı yeni fikirlər səsləndirib.
Yeniavaz.com "BelTA" agentliyinə istinadla xəbər verir ki, Lukaşenko ABŞ-ın Ukraynada təlim mərkəzləri adı altında NATO bazaları qurduğunu deyib. Belarus prezidenti həmçinin bildirib ki, Polşa hökuməti Belarus sərhədi yaxınlığında xarici qoşun korpusları yerləşdirib.
Məsələ ilə bağlı qarşı tərəflərdən hələlik heç bir açıqlama verilməyib.