Azərbaycanda bir şəxsə iki fərqli peyvəndin tətbiqi ilə bağlı Rusiyadan AÇIQLAMA


Rusiya Birbaşa İnvestisiya Fondu Azərbaycanda birinci doza “Sputnik Light”, ikinci doza isə “AstraZeneca” vurulan şəxslərin orqanizmində müsbət dəyişikliklərin olduğunu açıqlayıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bəhs edilən kombinasiya Azərbaycanda könüllülər üzərində tətbiq edilib. Pasiyentlərə birinci doza olaraq “AstraZeneca”, ikinci doza olaraq “Sputnik Light” vurulub. Nəticədə həmin vaksinlərdən sonra orqanizmdə antikorların kifayət qədər artdığı bildirilib. Araşdırmalar 20 könüllü üzərində aparılıb. Dozalar arasındakı interval 29 gün olub.
Verilən məlumatlarda Azərbaycanda araşdırmaların 2021-ci ilin fevralında başladığı bildirilib. Rusiya Birbaşa İnvestisiya Fondu tədqiqatların davam etdiyini, hazırda prosesdə 100 könüllünün iştirak etdiyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top