Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur


Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

Yeniavaz.com-un xəbərinə görə, müalicə aldığı "Yeni Klinika"dan Report-a bildirilib ki, jurnalistin vəziyyətində dəyişiklik yoxdur.

"Tanınmış jurnalist Elnur Əşrəfoğlunun ECMO dəstəyi davam edir", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

DİGƏR XƏBƏRLƏR

Top