“Pfizer”in baş direktoru pandemiyanın tam bitəcəyi vaxt barədə danışdı


Koronavirusa qarşı peyvənd istehsal edən “Pfizer” şirkətinin baş direktoru Albert Burla COVID-19 pandemiyasından sonra normal həyata tam qayıdılacaq tarix barədə danışıb.
Yeniavaz.com
xəbər verir ki, Burla ABC telekanalına müsahibəsində normal həyata qayıtmağın təxminən 1 il müddətində mümkün olacağını deyib. Ancaq, bunun üçün vaksinasiya prosesinin davam etməsinin vacibliyini vurğulayıb:
“İnanıram ki, bir il müddətində normal həyata qayıda biləcəyik. Koronavirusun yeni suşlarının ortaya çıxacağını düşünmürəm. Vaksinasiyasız da normal bir həyat yaşaya biləcəyimizi düşünmürəm. Ehtimal edilən ən əsas ssenarilərdən biri əhalinin illik peyvəndlənməsidir”.
Albert Burla həmçinin şirkətin 5-11 yaşlı uşaqlar üzərində apardığı vaksinin tədqiqatından əldə edilən məlumatları tezliklə müvafiq orqanlara təqdim edəcəklərini söyləyib. Baş direktorun sözlərinə görə, tədqiqat bu yaş qrupu üzrə, dərmanın effektivliyini və etibarlılığını artıq sübut edib.

DİGƏR XƏBƏRLƏR

Top