“Taliban” kişilərin bunu etmələrinə qadağa qoydu


Əfqanıstanda hakimiyyətə gələn “Taliban”  ölkədə yaşayan kişilərin saqqallarını qırxmalarını və bərbərxanalara baş çəkmələrini qadağan etdi. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əfqanıstanın “Ettelaat” qəzeti Helmand əyalətinin məlumat və mədəniyyət şöbəsinin müdiri Hafiz Rəşid Helmandiyə istinadən məlumat yayıb. Onun sözlərinə görə, göstərilən bölgədə həftənin sonunda qüvvəyə minən məhdudiyyətlər bütün Əfqanıstana şamil olunur. 
Xatırladaq ki, bundan əvvəl yerli media “Taliban” silahlılarının ölkə daxilində çox sayda kişi salonu və bərbərxananı bağladıqlarını yazmışdı.

DİGƏR XƏBƏRLƏR

Top