
ABŞ Prezidenti Co Bayden Almaniya Sosial Demokrat Partiyasının lider olduğu Almaniyada parlament seçkilərinin ilkin nəticələri barədə fikir söyləyib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Kemp Devid iqamətgahında keçirilən mətbuat konfransında jurnalistlər Baydenə Almaniyadakı seçkilər barədə sual ünvanlayıb. ABŞ prezidenti nəticələrlə bağlı məlumatının olmadığını dedikdən sonra media işçiləri Almaniya Sosial Demokrat Partiyasının irəlidə olduğunu vurğulayıb. Bayden isə təəccüblə “Vay, güclüdürlər” deyə cavab verib.
Qeyd edək ki, Almaniya Sosial Demokrat Partiyası keçirilən parlament seçkilərində 25,7 faiz səs toplayaraq qalib gəlib.
Tətbiqimizi yükləyə bilərsiniz