“Taliban” Tacikistana xəbərdarlıq etdi


Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatı Tacikistan rəhbərliyini qonşu ölkənin daxili işlərinə qarışmamağa çağırıb.
Yeniavaz.com
xəbər verir ki, “Taliban” tərəfindən verilən açıqlamada Tacikistanla normal əlaqələr qurmaq istədikləri bildirilib:
"Tacikistanın daxili işlərimizə qarışmamasını istəyirik. Bununla yanaşı onlarla yaxşı münasibətlər qurmaq istəyirik. Bir ölkənin qonşusunun daxili işlərinə qarışması heç kimin maraqlarına xidmət edə bilməz”.
Xatırladaq ki, “Taliban” 15 avqustda Əfqanıstanda hakimiyyətə gəlmişdi. Daha sonra müvəqqəti hökumət elan etmiş və dünya ölkələri ilə yaxşı münasibətlər qurmaq istədiklərini bildirmişdilər.

DİGƏR XƏBƏRLƏR

Top