Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, Dövlət Dil Komissiyasının üzvü, professor Buludxan Xəlilov ötən gecə dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə professorun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Qeyd olunub ki, o, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib.
Qeyd edək ki, Xəlilov Buludxan Əziz oğlu 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Amasiya rayonunun Ellərkənd kəndində anadan olub. Publisist, dilşünas, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.