Almaniyada parlament seçkilərinin nəticələri açıqlandı


Almaniya Sosial Demokrat Partiyası keçirilən parlament seçkilərində 25.7 faiz səs toplayaraq qalib gəlib. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu, Almaniyanın Federal Seçki Komissiyası (MSK) tərəfindən yayılan ilkin rəsmi məlumatlarda qeyd olunub. Verilən məlumata görə, Almaniya parlamentində ikinci ən böyük fraksiyanı Xristian Demokrat və Xristian Sosial Birliklər (CDU / CSU) bloku quracaq. Seçicilərin 24,1 faizi buna səs verib. Bildirilir ki, həmin rəqəm mühafizəkarlar tarixinin ən pis nəticəsidir.

DİGƏR XƏBƏRLƏR

Top