Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anıldı - VİDEO


Azərbaycanda Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Yeniavaz.com xəbər verir ki, saat 12:00-da ölkənin bütün şəhər və rayonlarında insanlar yerində dayanaraq dualar oxuyub, sürücülər avtomobillərinin hərəkətini dayandıraraq siqnal veriblər.

Qeyd edək ki, bu ildən başlayaraq 27 sentyabr tarixi hər il Anım günü kimi qeyd ediləcək.

 

 


***09:08

27 sentyabr – Anım Günü ilə əlaqədar ölkə ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi üçün saat 12:00-da bütün nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti dayandırılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top