
ABŞ ordusu Suriyanın cənub-şərqindəki Deyr əz-Zor əyalətinə helikopterlə enərkən üç nəfəri güllələyib .
Yeniavaz.com “ria.ru”ya istinadla xəbər verir ki, hadisə Eş-Şuxeyl kəndində baş verib. Beləki ABŞ hərbçiləri helikopterlə böyük neft və qaz yataqlarının olduğu bölgəyə eniş etməyə çalışıblar. Bu vaxt naməlum səbəbdən hərbçilər evlərə və əkin sahələrinə atəş açıblar. Nəticədə 3 nəfər suriyalı dünyasını dəyişib. Hadisənin təfərrüatları araşdırılır.