İran səfirliyi Gorus-Qafan yolu ilə bağlı bəyanat yaydı


İran İslam Respublikasının Ermənistandakı səfirliyi Gorus-Qafan yolu ilə bağlı bəyanat yayıb.
Yeniavaz.com
“Sputink Armenia”ya istinadla xəbər verir ki, bəyanatda bildirilib ki, alternativ yolun tikintisinin bitməsinə qədər Gorus-Qafan yolu əvvəlki şəkildə fəaliyyətinə davam etməlidir:
“İran ümid edir ki, yaxın gələcəkdə təhlükəsiz infrastruktura malik bir yolun açılışını görəcəyik. Eyni zamanda, İran tərəfi alternativ yolun istismarı başlamazdan əvvəl mövcud marşrutun həmişəki kimi fəaliyyət göstərəcəyini gözləyir”.
Xatırladaq ki, Ermənistana yük aparan iranlı TIR sürücüləri Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində yoxlamalar aparılmasından və qanuni rüsum tələb edilməsindən narazı olduqlarını bildirmişdi. Daha sonra Ermənsitan parlamenti 1 milyard dollar dəyərində yeni yolun inşası barədə qərar qəbul etmişdi. Tikinti ilə bağlı sadəcə prosedurun isə 2022-ci ilin sonunda tamamlanacağı vurğulanmışdı.
 

DİGƏR XƏBƏRLƏR

Top