Gürcüstanda hakim partiyanın sədri İrakli Kobaxidze keçmiş prezident Mixail Saakaşvilinin ölkəyə qayıda bilməyəcəyini deyib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Saakaşvili ölkədə yerli hakimiyyət orqanlarına seçkilər vaxtı vətəninə qayıdacağını açıqlamışdı. İrakli Kobaxidze isə keçmiş prezidentin buna cürət edə bilməyəcəyini deyib:
"Sizə bir sözlə deyim o, geri dönməyə cürət etməyəcək. Bunun səbəblərini tapmaq çətin deyil. Bunun üçün Saakaşvilinin nə imkanları nə də dəstəyi var”.
Xatırlada ki, Saakaşvili 2004-cü ilin yanvarından 2013-cü ilin noyabrına qədər Gürcüstanın prezidenti olub. 2013-cü ildə prezidentlik müddətinin bitməsinə bir neçə gün qalmış ölkəni tərk edib. Bundan dərhal sonra onun barəsində 4 cinayət işi açılıb, onlardan ikisinə artıq hökm oxunub. 2018 -ci ilin yanvar ayında Tbilisi Şəhər Məhkəməsi Saakaşvilini 2006-cı ildə Gürcüstan Birləşmiş Bankının əməkdaşı Sandro Qirgvlianinin öldürülməsində qiyabi olaraq üç il həbs cəzasına məhkum edilib.