İraqda İŞİD hücumu nəticəsində 5 nəfər dünyasını dəyişdi


İŞİD terror qruplaşmasının hücumu nəticəsində İraqda 5 nəfər dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə  “Shafaq news” məlumat yayıb. Hadisə Baakuba əyalətinin inzibati mərkəzi yaxınlığındakı El-Abbara qəsəbəsi ərazisində baş verib. Əldə olan məlumata görə, əvvəlcə radikallar yol kənarına qoyulan partlayıcı qurğunun üstündə bir yük maşınını partladıblar. Təhlükəsizlik qüvvələri hadisə yerinə çatanda və yerli sakinlər toplaşanda terrorçuların snayperləri hər iki tərəfdən onlara atəş açıb. Nəticədə 5 mülki şəxs ölüb, yaralılar xəstəxanaya çatdırılıb.


 

DİGƏR XƏBƏRLƏR

Top