Rusiyada koronavirusdan həftəlik ölüm rekord həddə çatdı


Son bir həftə ərzində Rusiyada koronavirusdan ölənlərin sayı pandemiya başlayandan bəri rekord həddə çatıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Rusiya federal əməliyyat qərargahının məlumatlarına görə, son bir həftədə COVİD-19-dan ölənlərin sayı 5 min 682-yə çatıb. Bu rəqəm pandemiya başlayan bu günə qədər ən yüksək rəqəmdir.
Qeyd edək ki, Rusiyada koronavirus infeksiyasına yoluxma halları ardıcıl ikinci həftədir artmaqdadır. Bu günə qədər həmin ölkəfə 7 milyon 420 min 913 nəfər koronavirusa yoluxub, 203 min 900 nəfər isə ölüb.

 

DİGƏR XƏBƏRLƏR

Top