Sabahın HAVA PROQNOZU


Sabahın hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Yeniavaz.com-a verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək
Havanın temperaturu gecə 15-17° isti, gündüz 20-23° isti olacaq.
Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.

Tibbi-meteoroloji proqnoz
Sentyabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: Əsasən yağmursiz. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti, yüksək dağlıq ərazilərdə gecə 0-3° şaxta, gündüz 3-5° isti olacaq.

DİGƏR XƏBƏRLƏR

Top