Türkiyədə müalicə olunan azərbaycanlı həkim Ramil Həsənli ötən gecə vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə R. Həsənlinin yaxınları "qafqazinfo"ya məlumat verib.
Qeyd edək ki, 31 yaşlı həkim-kardioloq Ankara Qazi Universiteti xəstəxanasında COVİD-19-dan sonra ağciyərin zədələnməsi diaqnozu ilə müalicə alırdı. 31 yaşlı həkim müalicəsi müddətində təkrar pnevmaniya keçirmiş və vəziyyəti ağırlaşmışdı.