Heydər Əliyev sarayında yanğın iddiaları barədə FHN-dən AÇIQLAMA + FOTO


Fövqəladə Hallar Nazirliyi Heydər Əliyev Sarayının yaxınlığında yanğının baş verməsi barədə yayılan xəbərin həqiqətə uyğun olmadığını bildirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Nəsimi Rayon Dövlət Yanğından Mühafizə İdarəsi məlumat yayıb. Yanğın hadisəsi baş verməyib.

Məlumata görə, Heydər Əliyev Sarayının yaxınlığındakı binada qısamüddətli tüstülənmə olub və bunun qarşısı qısa müddətdə alınıb.

Qeyd edək ki, daha əvvəl Ermənistanın bir sıra mətbu orqanları Heydər Əliyev Sarayında yanğının baş verməsi barədə həqiqətə uyğun olmayan xəbər yayıb.

DİGƏR XƏBƏRLƏR

Top