Mahir Emreli növbəti qolunu vurub, komandası uduzub - VİDEO


Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" komandası Polşa çempionatında növbəti oyununa çıxıb. 

Varşava təmsilçisi IX turda "Rakuv"u qəbul edib. 

Qarşılaşma "Legiya"nın 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Matça start heyətdə başlayan Emreli 33-cü dəqiqədə komandasının ilk qoluna imza atıb və sonadək meydanda olub. 

Qeyd edək ki, rəqiblərindən iki oyun az keçirən paytaxt klubu hazırda 7 görüşdən sonra 9 xalla 14-cü pillədə qərarlaşıb. 


//report

DİGƏR XƏBƏRLƏR

Top