Ruslan Əliyev MDBMİ-nin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru təyin olunub


Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MDBMİ) Dayanıqlı İnkişaf Mərkəzinin direktoru təyin olunub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, MDBMİ-nin Dayanıqlı İnkişaf Mərkəzinin yaradılması və Ruslan Əliyevin mərkəzə direktor təyin olunması ilə bağlı əmri ali məktəbin rektoru Anatoli Torkunov imzalayıb.
MDBMİ-dən bildirilib ki, Dayanıqlı İnkişaf Mərkəzinin yaradılması ekologiya, iqlim dəyişikliyi, dayanıqlı inkişaf, müasir beynəlxalq siyasi və iqtisadi gündəliyin, dövlət prioritetlərinin və korporativ idarəetmənin ayrılmaz bir hissəsi olan ESG təcrübələrinin tətbiqi və gücləndirilməsi sahəsində müasir problemlərə cavab verir. Mərkəzin ən vacib vəzifəsi MDBMİ-nin İnkişaf Strategiyasının uğurla həyata keçirilməsinə töhfə vermək, universitetdə beynəlxalq təşkilatların, hökumət, maliyyə sektoru, biznes və elmi ictimaiyyətin nümayəndələrinin davamlı inkişaf prioritetlərinin müasir cəmiyyətə inteqrasiyasının müzakirə edilməsi üçün beynəlxalq ekspert platforması yaratmaqdır.
Qeyd edək ki, Ruslan Əliyev həm də MDBMİ-nin Ətraf Mühitin İdarə Edilməsi və Ekologiyasının Beynəlxalq Kompleks Problemləri kafedrasının müdiri vəzifəsində çalışır.

DİGƏR XƏBƏRLƏR

Top