Hacıqabulda "patı" satan şəxs saxlanıldı


Hacıqabulda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Rəşad Cəfərov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı “patı” adlanan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.
Faktla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

DİGƏR XƏBƏRLƏR

Top