"Məmur öz işinin öhdəsindən gələ bilmirsə, fərman gözləmədən istefa verməlidir" - Adil Əliyev


"Elmlər Akademiyasına dövlət büdcəsindən ona görə maliyyə ayrılır ki, alimlərimizin uğurları artsın, gənc kadrlara yol açılsın, elmi nailiyyətlər əldə edilsin, cəmiyyəti ixtiralarla sevindirsinlər. Ramiz Mehdiyev Akademiyaya rəhbərlik etdiyi dövrdə bunların hansı baş verib? Bunun əvəzinə Ramiz Mehdiyevin və onun yaxın qohumlarının adları mediada məhkəmələrlə, torpaq sahələriylə, böyük mülklərlə və alqı-satqılarla hallanır".

Yeniavaz.com xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin “Qafqazinfo”ya müsahibəsində deyib. 
Vitse-spiker qeyd edib ki, icra strukturlarında korrupsiyaya bulaşmış şəxslərin bir qismi Ramiz Mehdiyevin kadrlarıdır: "Məhkəmələri davam edən keçmiş məmurların bir qismi qanunsuz əməllərində Ramiz Mehdiyevin adını hallandırırlar. Özünə hörmət edən məmur işinin öhdəsindən gələ bilmirsə, fərman gözləməməlidir, istefa ərizəsini yazıb otağını daha savadlı və işgüzar kadra verməlidir".

DİGƏR XƏBƏRLƏR

Top