Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Yeniavaz.com-a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Sumqayıt şəhərində belə bir hadisə olmayıb. Məlumat həqiqətə uyğun deyil, əsassızdır. İddialar yoxlanılıb təsdiqini tapmayıb".
***00:24
Sumqayıtda iki azyaşlı qardaşın oğurlanması ilə bağlı xəbər yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə onların yaxınları sosial şəbəkədə paylaşım edib. Bildirilir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tüfeyli geyimində olan şəxs və ya şəxslər fotoda gördüyünüz bu iki qardaşı götürüb aparıblar.
Paylaşımı edən şəxsin sözlərinə görə, hadisə anı kameralara da həkk olunub.

 
                             
                    
 Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                