Azərbaycanlı iş adamı Nəsib Piriyevin İngiltərənin "Vest Hem" futbol klubunu almaq niyyəti baş tutmayıb.
rəhbəri olduğu “PAI Capital” investisiya şirkətinin İngiltərənin “Vest Hem” klubunu satın almaq istəyi baş tutmayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Piriyevin sahibi olduğu “PAI Capital” investisiya şirkəti təlim-məşq mərkəzi və klubun akademiyaları ilə əlaqədar 175 milyon avroluq investisiya təklifi irəli sürüb. Lakin “Vest Hem”in sahiblərindən Devid Sallivan satışın əleyhinə çıxıb. O bildirib ki, klub yaxşı işləyirsə, onu satmağın vaxtı deyil.