“Sputnik Light” daha bir ölkədə təsdiqləndi


Rusiyanın koronavirus peyvəndi “Sputnik Light” Misir tərəfindən təsdiq edilib.

Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu məlumat verib. Fond hesab edir ki, Misirdə “Sputnik Light” peyvəndi 100 milyondan çox insanın yaşadığı Yaxın Şərqdə tez bir zamanda əhalinin xəstəliklə mübarizəsini artıracaq. 
Xatırladaq ki, 2021-ci ilin fevral ayında Misir “Sputnik V” peyvəndini də təsdiqləyib.
Qeyd edək ki, hazırda Rusiyanın koronavirus peyvəndi Argentina, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və digər ölkələrdə təsdiqlənib.

DİGƏR XƏBƏRLƏR

Top