
Rusiyanın Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən iclasda 17-19 sentyabr tarixlərində keçirilən Dövlət Dumasına seçkilərin nəticələrini təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Səsvermənin nəticələrini özündə əks etdirən protokol və yekun cədvəllər MSK-nın 15 üzvünün hamısı tərəfindən imzalanıb. MSK sədri Ella Pamfilova Dövlət Dumasına keçirilən seçkiləri etibarlı hesab etdiklərini və tanıdıqlarını deyib.