
Son bir ildə Azərbaycanda abort etdirən məktəbyaşlı qızların sayı azalıb.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, abort etdirən məktəbyaşlı (15-17 yaş) qızların sayı 2019-cu illə müqayisədə ötən il 41% azalaraq 49 nəfərdən 29 nəfərə düşüb.
Məlumat üçün bildirək ki, ötən il ölkədə ümumilikdə 34 min 719 qadın abort etdirib və bu göstərici əvvəlki illə müqayisədə 6,9% və ya 2 min 589 nəfər azalıb.
Abort etdirənlərin 3,7% və ya 1 299 nəfəri 15-19 yaşlılar olub. Bu yaşda abort etdirən qadınların sayı ötən bir il ərzində 10,7% və ya 156 nəfər azalıb.
Müqayisə üçün son 5 ildə qeydə alınan abortların sayını təqdim edirik:
İllər | Abortların ümumi sayı | Məktəbyaşlı qızlar arasında abortların sayı |
2005-ci il | 19 586 | - |
2010-cu il | 26 801 | 158 |
2015-ci il | 27 452 | 50 |
2019-cu il | 37 308 | 49 |
2020-ci il | 34 719 | 29 |