Zelenskinin köməkçisinin atəşə tutulması ilə bağlı təfərrüatlar açıqlandı


Ukrayna prezidenti Vladimir Zelenskinin müavini Sergey Şefirin avtomobilinə hücum zamanı 18 güllə dəydiyi müəyyən edilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müavini Anton Qeraşşenko məlumat verib. Araşdırma nəticəsində məlum olub ki, cinayətkarlar əvvəlcə Şefirin sürücüsünü öldürməyi, daha sonra isə maşını saxlamağı planlaşdırıb. Hadisə Şefirin evinin yaxınlığında meşənin gur yerində, döngədə baş verib. Avtomobil döngəni dönərkən hadisə icra olunub. 
Qeraşşenko hadisə ilə bağlı bildirib ki, maşın əvvəlcə ön tərəfdən atəşə məruz qalıb. Bundan sonra sürücü əyləci basaraq sürəti artırıb. Bu dəfə güllələr arxa tərəfdən maşının gövdəsinə və təkərlərə dəyib.

DİGƏR XƏBƏRLƏR

Top