ABŞ-da supermarketə silahlı hücum - 1 ölü, 12 yaralı


ABŞ-ın Tennessi ştatında supermarketə edilən silahlı hücum vaxtı 1 nəfər ölüb, 12 nəfər yaralanıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat verib. Hadisənin şəhərətrafı bölgədə baş verdiyi bildirilir. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Hadisəni törədən şəxs özünü də güllələyib. Təcavüzkarın və yaralıların kimliyi ilə bağlı məlumat verilməyib. 
Hadisə ilə bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top