
Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Vaçe Terteryan İranı Ermənistanla birləşdirəcək yeni yolla bağlı təfərrüatları açıqlayıb.
Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, Ermənistan hökuməti bir müddət sonra İranla əlaqə qurmaq üçün Sisian-Kacaran yolunun tikintisinə başlayacaq. Bununla bağlı Ermənistan layihənin tikintisini təsdiqləyib. Məlumata görə, layihə ilə bağlı bəzi prosedurlar, tenderlər 2022-ci ilin sonuna qədər yekunlaşacaq. Layihə çərçivəsində ümumi uzunluğu 4,7 kilometr olan körpülər və ümumi uzunluğu 12,5 kilometr olan tunellər inşa ediləcək. Tikinti üçün 1 milyard dollar lazım olacağı deyilib.
Qeyd edək ki, Sisian-Kacaran yolunun inşasından sonra ermənilər və İrandan Ermənistana gedənlər Azərbaycan ərazisinə daxil olmadan hərəkət edəcəklər.